Сдаётся 3-комн. новостройка 115 м², Хатаинский р.
Ağ Şəhərin ən prestijli layihələrindən biri olan Paris Evləri yaşayış kompleksində, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, yeni və zövqlə təmir olunmuş mənzil uzunmüddətli icarəyə təklif olunur.
Mənzil yüksək keyfiyyətli materiallarla təmir edilib və tamamilə yeni, seçilmiş brend mebel və müasir məişət avadanlıqları ilə təchiz olunub. Təmirdən sonra mənzildə yaşayış olmayıb.
Planlaşdırma funksional və komfortludur:
2 sanuzel (onlardan biri master yataq otağında)
1 ayrıca camaşırxana otağı
Geniş və işıqlı qonaq otağı
Rahat və zövqlü yataq otaqları
Mənzil binanın yeraltı hissəsində yerləşən 1 avtomobillik fərdi qarajla birlikdə kirayə verilir.
Kompleks sakinlərinə:
Geniş və abadlaşdırılmış daxili həyət
Uşaqlar üçün təhlükəsiz oyun meydançası
7/24 mühafizə və təhlükəsizlik sistemi
Qapalı və nəzarətli giriş
Ərazi inkişaf etmiş infrastruktura malikdir – yaxınlıqda premium mağazalar, restoran və kafelər, supermarketlər və ictimai nəqliyyat dayanacaqları mövcuddur.
Aylıq icarə haqqı: 2500 AZN
Yüksək komfort və prestijli yaşayış axtaranlar üçün ideal seçimdir.









































































































































































