Сдаётся 1-комн. вторичка 35 м², м. Элмляр Академиясы
Elmlər Akademiyası metrosuna cəmi bir neçə dəqiqəlik məsafədə Hüseyn Cavid prospektində Avropa Azərbaycan Məktəbinin yaxınlığında yerləşən bu mənzil rahatlıq və əlverişli yerləşmə axtaranlar üçün gözəl fürsətdir.
5 mərtəbəli binanın 3 cü mərtəbəsində yerləşən 1 otaqlı mənzil zövqlə təmir olunub və tam əşyalıdır. Evə daxil olan kimi səliqə və rahatlıq hiss olunur. Otaq işıqlı və genişdir, rahat yataq, dolab, masa, stul və gündəlik yaşayış üçün lazım olan bütün əşyalar mövcuddur. Mətbəx tam komplektləşdirilib və istifadəyə hazırdır. Hamam sanitar qovşağı təmiz və baxımlıdır.
Binada mərkəzi istilik sistemi var. Ərazi infrastrukturu çox əlverişlidir metroya, məktəbə, market və ictimai nəqliyyata yaxın yerləşir.
Şəhərin ən rahat və prestijli yerlərindən birində sakit və komfortlu yaşayış istəyənlər üçün ideal seçimdir. Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz.





















































































































































































