












Tecili !!!
9 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı, kupçalı və tam əşyalı mənzil satılır. Mənzil yelçəkən (həm önə, həm arxaya baxışlı) layihəlidir, işıqlı və funksional plana malikdir. İpotekaya tam yararlıdır.
Mənzil yaşayış üçün tam hazır vəziyyətdədir. Mətbəx mebeli, qaz sobası, kondisioner, radiator sistemi, paltaryuyan, qabyuyan dahil deyil , digər əşyalar qalır. Ev səliqəli və baxımlı saxlanılıb, əlavə ciddi xərc tələb etmir.
Ən böyük üstünlüklərindən biri balkondan birbaşa arxa tərəfə (həyətə) çıxışın olmasıdır. Bu xüsusiyyət mənzilə həyətli ev rahatlığı verir. Həmçinin həm ön, həm də arxa hissədə yerləşən 2 ədəd geniş və hündür baza (podval) mövcuddur ki, əlavə saxlama üçün böyük üstünlükdür.
1-ci mərtəbə rahat giriş-çıxış imkanı yaradır. Təhlükəsizlik üçün bütün pəncərələr və eyvan hissələri möhkəm dəmir barmaqlıqlarla qorunur. Bina sakit və tam yaşayışlı məhəllədə yerləşir. Məktəb, bağça, market, aptek və avtobus dayanacağı yaxın məsafədədir.
Yalnız ciddi şəxslər əlaqə saxlasın.
Maklerler elaqe saxlamasın !!!
Номер объявления
Просмотров
Обновлено
5923283
1269
24 марта 2026
Загружаются следующие записи...