Сдаётся объект 270 м², Насиминский р.
Nəsimi rayonunun prestijli hissəsində, Amerika səfirliyinin yaxınlığında, 28 May metrosuna yaxın, Süleyman Rüstəm küçəsində yerləşən bu fərqli və diqqət çəkən obyekt icarəyə təqdim olunur.
2 mərtəbədən ibarət olan obyektin ümumi sahəsi 270 kvadrat metrdir. Geniş və işıqlı zalı, əlavə olaraq 4 funksional ofis otağı ilə həm rahat, həm də çevik istifadə imkanı yaradır.
Uzun illər avtosalon kimi fəaliyyət göstərmiş bu məkan hazır infrastrukturu və uyğun planlanması ilə seçilir. Böyük vitraj pəncərələr obyektə xüsusi görünüş və cəlbedicilik qatır, eyni zamanda avtomobilin birbaşa daxil olması imkanı bu məkanı nadir və üstün seçimə çevirir.
Obyekt yalnız avtosalon üçün deyil, eyni zamanda şourum, ofis, studiya və müxtəlif biznes sahələri üçün ideal seçimdir. Kamera və kondisioner sistemi ilə təchiz olunmuşdur və dərhal istifadəyə yararlıdır.
Yerləşdiyi ərazi həm prestiji, həm də əlçatanlığı ilə seçilir. Biznesini fərqli və güclü təqdim etmək istəyənlər üçün əla fürsətdir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
























































































































































































