Продаётся 3-комн. новостройка 90.3 м², пос. Ени Ясамал
Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsi, Qismət şadliq Sarayının yaxınlığında yeni tikili 16 mərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 90.34 kv.m olan 3 otaqlı studio tipli, tam təmirli mənzil satılır.
Mənzil sonuncu mərtəbədə yerləşməsinə baxmayaraq üstündə texniki mərtəbə mövcuddur.
Bina 2 ədəd lift sistemi, kameralar vasitəsilə 24/7 müşahidə, həmçinin 2 mərtəbəli yeraltı parking xidməti ilə təmin olunub.
Məktəb, bağça, marketlər, ticarət mərkəzi, xəstəxana və digər yaşayış üçün vacib obyektlər binanın yaxınlığında yerləşir.
Mənzil binanın daxili ipotekasındadır. Hazırda aylıq ödəniş 1395 AZN təşkil edir və 17 il 10 ay müddət qalıb.
Əlavə məlumat almaq və mənzilə baxış keçirmək üçün zənglə və ya yazilı şəkildə müraciət edə bilərsiniz.







































































































