Сдаётся 5-комн. дом/дача 240 м², Габала
Qəbələ rayonunun mərkəzində yerləşən bu 2 mərtəbəli, evro təmirli lüks villa yüksək komfort və rahat istirahət üçün ideal seçimdir...
Villa 4 otaq və 2 geniş zaldan ibarətdir. Rahatlıqla 8-10 nəfərin qalması üçün nəzərdə tutulub. Evin daxilində zövqlə dizayn olunmuş interyer, tam təchiz olunmuş mətbəx, geniş və işıqlı otaqlar mövcuddur. Otaqlardan birində yerləşən cakkuzi isə istirahətinizi daha da xüsusi və komfortlu edəcək...
Villada isti hovuz mövcuddur və ilin bütün fəsillərində istifadəyə tam yararlıdır. Bütün otaqlar müasir mebellərlə təmin olunub, Wi-Fi, TV və kondisioner sistemi ilə təchiz edilib.
Geniş və yaşıllıqla əhatə olunmuş həyətində besedka, manqal, samovar və açıq havada istirahət üçün rahat oturma sahələri mövcuddur. Bir neçə avtomobil üçün geniş parkinq imkanı da var.
Təbiətin qoynunda yerləşən bu villa sizə sakitlik, təmiz hava və unudulmaz istirahət vəd edir. Ailəvi və ya dostlarla istirahət üçün mükəmməl seçimdir.














































































































