Продаётся 8-комн. дом/дача 220 м², Сумгаит
Sumqayıt şəhər mərkəzində 2 mərtəbəli həyət evi satılır
Şəhər mərkəzində, bütün infrastruktura yaxın ərazidə yerləşən, keyfiyyətli tikilmiş şəxsi evimi satıram.
Ev məktəbə, baxçaya, marşrut dayanacağına və Sumqayıt Avtovağzalı yaxın məsafədə yerləşir. Ailə üçün tam ideal və rahat yaşayış sahəsidir.
Ev haqqında məlumat
• 2 mərtəbəli
• Hər mərtəbə: 110 kv.m
• Torpaq sahəsi: 5 sot
• Ümumi: 220 kv.m yaşayış sahəsi
• Ev qoşa kubiklə tikilib və möhkəm bünövrəyə malikdir
• Tam təmirli və yaşayışa hazır vəziyyətdədir
Kommunikasiya və texniki təchizat
Ev aşağıdakı sistemlərlə təmin olunub:
• Qanuni işıq, su, qaz
• Kombi sistemi
• Kondisioner
• Daimi internet və ev telefonu
• Generator sistemi
• Kamera müşahidə sistemi
• Damafon
• Su motoru
• Həyətdə 1 tonluq su çəni
• Ev daxilində yüksək keyfiyyətli elektrik kabelləşməsi
Həyət və əlavə tikililər
• 5 sot geniş və səliqəli həyət
• Təxminən 12 illik müxtəlif meyvə ağacları
• Dekorativ güllər və yaşıllıq
• Həyətin arxa hissəsində hazır tikili toyuq hini
Əlavə üstünlüklər
• Mətbəxt mebeli daxil olmaqla bir çox əşyalar evdə saxlanılacaq
• Sakit, təhlükəsiz və yaşayış üçün əlverişli məhəllə
• Həm daimi yaşayış, həm də investisiya üçün uyğun seçim











































































































